"ASAN xidmət"in mərkəz direktoru “AzinTelekom”un rəhbərliyinə gətirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən Tağı Tağı-zadə "AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























