Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada ölümlə nəticələnən yanğın olub

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın baş verib.
Anews.az APA-ya istinadən xəbər verir ki, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.
Hadisə nəticəsində yanıq xəsarətləri alan, sakin, 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunu xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























