Bu gün Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasından 2 il ötür

Sosial Tədqiqatlar Mərkəzi (STM) Nizamnaməsində nəzərdə tutulduğu kimi, ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib.
Prezidentin 2019-cu il 11 fevral tarixli 950 saylı Sərənacamı ilə Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Ötən müddətdə Mərkəz nizamnamə üzrə fəaliyyət göstərərək, çoxvektorlu istiqamətlərdə data bazalar formalaşdıra bilib. Mərkəz Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edib.
Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək kimi vəzifələri reallaşdıra bilib.
Yeni dövlət quruculuğu sahəsində ölkə prezidentinin başlatdığı tendensiya dalğasında özünün də yerini və rolunu müəyyənləşdirən Mərkəz açıq və qapalı arayışları, hesabatları və sorğu sənədləri ilə dövlət rəhbərliyinin diqqətini cəlb edə bilib, şəxsən ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarında dəfələrlə Mərkəzin hesabatlarına istinad edib.
Mərkəz ölkədə dərinləşməkdə olan sosial, iqtisadi, kadr və s. sahələrdə həyata keçirilən islahatların gedişini izləməklə qalmayaraq, müvafiq metodologiyalar əsasında təhlillər apararaq, sənədlər hazırlayaraq fəaliyyətini uğurla davam etdirib.
Mərkəzdə müasir yanaşmaların işə salınması, dünyada tətbiq edilən ən innovativ sorğu aparmaq üsulunun öyrənilməsi, SurveyToGo tətbiqinin istifadə edilməsi, məlumatların işlənilməsi və təhlili istiqamətində istifadə edilən ən müasir data yanaşmanın - SPSS proqramının tətbiqi, layihələrin idarə edilməsi, effektiv və səmərəlilik yanaşmasının üstünlüyü, analitik proqaramlarla iş bacarığı, təhlillərin aparılması qaydaları və s. mövzularda təlimlər, təcrübə dərsləri keçirilib.
Departamentin əməkdaşları 2020-ci il ərzində pandemiyanın sosial-iqtisadi təsirlərinin minimumlaşdırılması ilə bağlı dövlət siyasəti və həmçinin 44 günlük Vətən müharibəsi dövründə "Müdafiə iqtisadiyyatından - müharibə iqtisadiyyatına keçid" mövzusunda müxtəlif formatlı vebinar və zoom toplantılarında moderatorluq edib və həmçinin məruzə ilə çıxış ediblər.
Departament əməkdaşlarının müəllifliyi ilə "İstiqlal” (Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının bir illiyi münasibətilə 1919-cu ildə nəşr olunan toplu) və "Qarabağnamə” kitabları ərsəyə gətirilib.
STM-in tədbirlərinin media və ictimaiyyət üçün icmalı, press-relizlər, keçirilən sorğular və tədbirlərin müxtəlif aspektlərinin müzakirəsi həm STM-in sosial media hesabları, həm də televiziyalar və ölkə KİV-ində geniş işıqlandırılıb. STM.az saytı 2020-ci il ərzində zəngin material bazası ilə ciddi oxuma sayına malik analitik sayt kimi formalaşıb. Ümumilikdə minə yaxın yazı saytın müxtəlif bölmələrində toplanmışdır. Sayt öz zənginliyi və material bazası ilə digər qurumların saytlarından fərqlənir. 2020-ci il ərzində Sosial Tədqiqatlar Mərkəzinin YouTube kanalı (STM TV) fəaliyyətini ardıcıl şəkildə davam etdirib. Kanalda Sosial Tədqiqatlar Mərkəzinin gördüyü işlər, o cümlədən cəmiyyətin, gündəmin aktual məsələlərinə dair süjetlər, sorğular, ölkə başçısının önəmli çıxışlarının detalları, ictimai-siyasi məzmunlu verilişlər, Mərkəz rəhbərliyinin çıxışlarının, məqalələrinin video formatı yer alıb.
Ölkənin ən tanınmış elm xadimləri, xüsusi proqramlarla fəaliyyət göstərən ekspertlər, mütəxəssislər, dövlət xadimləri ilə görüşlər keçirilib, seminarlar, dərslər təşkil edilib və Mərkəzin əməkdaşları ilə fikir mübadiləsi aparılıb.
Mərkəzdən bildirilib ki, bundan sonra da Nizamnamədə nəzərdə tutulan məqsədləriə çatmaq üçün işlər davam etdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























