• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi — FOTO

“Baku Steel Company” şirkətinə yeni baş direktor təyin edildi — FOTO
08.02.2021 17:19
Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company” şirkəti müəssisənin idarəetmə menecmentinin yenidən təşkili ilə bağlı qərar qəbul edib. 

Demokrat.az xəbər verir ki, şirkətin təsisçiləri tərəfindən qəbul edilən qərara əsasən, şirkətin menecmenti müasir korporativ idarəetmə tələblərinə uyğun bir şəkildə yenidən qurulacaqdır. "Baku Steel Company” şirkətinin baş direktoru vəzifəsi idarəçilik sahəsində təcrübəyə malik İbrahimov Kamal Mirsahib oğluna həvalə edilib.

Azərbaycanın ilk metallurgiya şirkəti olan "Baku Steel Company” metal məhsulların ən iri istehsalçısıdır və ölkəmizin qеyri-nеft sеktorunda böyük vеrgi  ödəyicilərindən biridir. Hazırda şirkətimizin müssisələrində 1500-dək işçi heyəti çalışır.

Müasir texnoloji avadanlıqlara və istehsal xətlərinə malik müəssisəmizin məhsulları daxili bazarda yüzlərlə müxtəlif şirkətlər və müştərilərimiz tərəfindən istehlak edilir, həmçinin bır sıra ölkələrə ixrac edilir. 

Son günlərdə şirkətimiz barədə yer almış müxtəlif yoxlanılmamış məlumatlarla bağlı bildiririk ki, hazırda şirkətimizə daxil olan bütün müəssisələr öz fəaliyyətini normal axarında davam etdirir, zavodlarımızda yüksək standartlara cavab verən məhsullar istehsal edilir. 

"Baku Steel Company” şirkəti öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində bundan sonra da şəffaf əsaslarda davam etdirməyə sadiqdir. Şirkətimizin rəhbərliyi müəssisəyə dəstək göstərmiş bütün dövlət orqanlarına təşəkkür edir, həmçinin öz istehlakçılarını və təchizatçılarını əmin edir ki, şirkətin fəaliyyətində ən yüksək standartların tətbiqi ilə bağlı bütün müvafiq dəyişikliklər aparılacaqdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol