• $
  • €
  • ₽
  • ₺
  • £

Bank kartından oğurluq edənlər saxlanıldı - VİDEO

Bank kartından oğurluq edənlər saxlanıldı - VİDEO
09.02.2021 21:00
Abşeron rayonu Ceyranbatan qəsəbəsində naməlum şəxslər bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edən onun kartında olan 902 manat ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə kart sahibi Abşeron Rayon Polis İdarəsinə (RPİ)müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 2 nəfərə müraciət edib.

Həmin şəxslər kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat veriblər. Həmin şəxslər kartın sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu götürərək hadisə yerindən uzaqlaşıblar.

Abşeron RPİ-nin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər – Kənan İmamverdiyev və Mehman Cəfərli tutulublar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ciayət işi başlanılıb. Kənan İmamverdiyev və Mehman Cəfərlinin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol