• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazirin yüksək vəzifə verdiyi 32 yaşlı gənc kimdir? - DOSYE

Yeni nazirin yüksək vəzifə verdiyi 32 yaşlı gənc kimdir? - DOSYE
09.02.2021 16:57
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom” MMC-yə yeni rəhbər təyin olunub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Tağı Tağızadə "AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Nazirlikdən verilən məlumata görə, Tağı Tağızadə daha öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Tağızadə Tağı Xalid oğlu 2 oktyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2012-2013-cü illərdə ABŞ-ın Berkli Kaliforniya Universitetində Biznes hüququ üzrə magistr (LL.M.) dərəcəsinə yiyələnib. 15 sentyabr 2016-cı ildən 2018-ci ilə qədər "İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini, 2018-ci ildən etibarən direktoru işləyib.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış "AZCLOUD" bulud xidmətlərindən ibarətdir. (yeniavaz)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol