Azərbaycan-Türkiyə hərbi təlimindən görüntülər - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən "Qış təlimi-2021”də praktiki fəaliyyətləri icra edirlər.
Təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.
Azərbaycanın hava desantı qrupları paraşütlərlə təyin olunan təlim rayonuna endirilir.
Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlar maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























