• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumu Kəmaləddin Heydərovun həyat yoldaşından 100 min manata ofis icarəyə götürüb? – FOTOFAKT

Dövlət qurumu Kəmaləddin Heydərovun həyat yoldaşından 100 min manata ofis icarəyə götürüb? – FOTOFAKT
10.02.2021 16:49
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsilə bağlı kotirovka sorğusu həyata keçirib. Kotirovka sorğusunun qalibi Heydərova Ruhəngiz Muxtar qızı (VÖEN – 1404729342) olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar – 31 dekabr 2021-ci il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 97 min 680 manat ödəyəcək.

Onu da bildirək ki, Multikulturalizm Mərkəzi ötən il ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb. 20 fevral – 31 dekabr 2020-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin  dəyəri 48 min 840 manat olub.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızının adı, soyadı və ata adı Fövqəladə Hallar naziri (FHN) Kəmaləddin Heydərovun həyat yoldaşının adı, soyadı və ata adı ilə eynidir. Eyni zamanada Kəmaləddin Heydərovun həyat Ruhəngiz Heydərovanın fəaliyyəti də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininin fəaliyyət sahəsilə eynilik təşkil edir. Belə ki, Kəmaləddin Heydərovun həyat yoldaşı "SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.

Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur. İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir. (yeeniavaz)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol