• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi qulluqçuların mənzillə təmin olunması ayrılan vəsait AÇIQLANDI

Hərbi qulluqçuların mənzillə təmin olunması ayrılan vəsait AÇIQLANDI
10.02.2021 20:20
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri üçün 143,9 milyon manat vəsait yönəldilib.

Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair hesabatda məlumat verilib.

Bildirilib ki, həmin vəsaitin 72,9 milyon manatı vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi məqsədilə sosial mənzillərin tikintisinə, 71 milyon manatı isə ipoteka layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Dövlət büdcəsindən hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrılıb və həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı və Naxçıvan şəhərlərində 485 ədəd tam təmirli mənzil alınmış və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2020-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 765,6 milyon manat vəsait yönəldilib. Bunun 565,6 milyon manatının dövlət büdcəsindən, 200 milyon manatının isə Dövlət Neft Fondunun büdcəsindən ayrılmış vəsait təşkil edir.

Qeyd olunan vəsaitin 360,2 milyon manatı qaçqın və məcburi köçkünlərə verilən müavinətlərə (331,5 milyon manat), bəzi kommunal xidmətlərin dəyərinin ödənilməsinə (17,1 milyon manat), qeyri-maddi aktivlərin, maşın və avadanlıqların alınmasına (4,4 milyon manat), cari təmir, bank xidmətləri xərclərinin ödənilməsi, digər xidmətlərin və ödənişlərin maliyyələşdirilməsinə (5,2 milyon manat) yönəldilib, 407,4 milyon manatı isə məcburi köçkünlər üçün mənzillərin və evlərin tikintisinə istifadə olunub

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol