• $
  • €
  • ₽
  • ₺
  • £

"Beynəlxalq Türk Dili Günü" təsis ediləcək

"Beynəlxalq Türk Dili Günü" təsis ediləcək
11.02.2021 10:32
"Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə AR Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib. O, "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini və məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb. Baş katib, bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclas zamanı "Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.

Məlum olduğu kimi, dillərin beynəlxalq səviyyədə tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunmaqdadır. Bununla əlaqədar, UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsində "Beynəlxalq Türk Dili Günü”nün (International Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol