Koronavirusun mutasiyası uşaqlar üçün təhlükəlidir? - Baş infeksionist

"Koronavirus mutasiya edir və bunlar çoxsaylıdır”.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı deyib. O bildirib ki, mutasiyalar baş verərkən virusun xüsusiyyətləri dəyişə bilər: "Mutasiya prosesi hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb. Uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupu deyil. Amma əvvəlki qaydalara əməl olunmalıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























