"Qarabağda 7 seysmik stansiyanın quraşdırılması üçün bütün avadanlıqlar var"

"2021-2025-ci illər ərzində mərkəz tərəfindən işğaldan azad edilmiş rayonlarımızda və Dağlıq Qarabağ ərazisində 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur”.
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA - nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
Hazırda 7 stansiyanın quraşdırılması üçün bütün avadanlıqların mövcud olduğunu bildirən baş direktorun sözlərinə görə, həmin stansiyaların 3 dəsti mərkəzin balansındadır.
4 stansiya isə RSXM - nin qazandığı qrant hesabına alınıb. Həmin stansiyaların quraşdırılması üçün dövlət qurumları tərəfindən müvafiq icazənin gözlənildiyini deyən baş direktor rəsmi göstəriş verilən kimi Dağlıq Qarabağ ərazisində quraşdırma işlərinə başlanılacağını qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























