Şuşa qalası bərpa olunur

Şuşa qalasının bərpa işlərinə başlanılıb. Anews.az Trend-ə istinadən xəbər verir ki, qala divarlarının bərpası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tapşırığı əsasında həyata keçirilir. Bərpa prosesinə 22 mütəxəssis cəlb olunub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığı mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























