İşə qəbul üçün rüşvət alan müəssisə direktoru həbs edildi

"Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Saatlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























