• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Keçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyula bilər
13.02.2021 12:37
Keçmiş deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu məsələyə fevralın 17-də Abşeron Rayon Məhkəməsində baxılacaq. 

Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib. Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o buna məhəl qoymayıb. Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.


Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi gözlənilir. Belə ki,  bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyi üçün 1000 manat cərimə olunub və  bu cəriməni də ödəməyib. 

Borclular Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Bildirilir ki, keçmiş deputatın barəsində cinayət işi başlanıb.


Borclular bildirir ki, keçmiş deputat adətən himayədarı kimi keçmiş spiker Oqtay Əsədovun adını hallandırır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol