• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq avtobusların toqquşması ilə bağlı məlumat yaydı

Prokurorluq avtobusların toqquşması ilə bağlı məlumat yaydı
05.06.2014 17:35
 Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi açılıb.Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, iyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu, Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti üzrə hərəkətdə olan “İsuzu” markalı sərnişin avtobusu və Həsənov Müşfiq Zaur oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.Hazırda iş üzrə istintaq davam etdirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol