Azərbaycanda sərnişin avtobusu ağaca çırpıldı - Yaralılar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
Anews.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan sərnişin avtobusu "Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.
Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























