• $
  • €
  • ₽
  • ₺
  • £

Balakəndə oğru qadınlar tutuldu

Balakəndə oğru qadınlar tutuldu
15.02.2021 19:00
Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində yerləşən evlərin birindən naməlum şəxslər tərəfindən qızıl-zinət əşyaları və pulun oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfində hadisə yerinə baxış keçirilib, ev sahibinə məxsus müxtəlif qızıl-zinət əşyalarının və 250 manat pulun oğurlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər də məhkum olunmuşlar-Təranə Koldar və Bəsti Nadirova olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, dilənçiliklə məşğul olan həmin qadınlar evdə heç kimin olmamasından istifadə edərək ora daxil olublar, pulu və qızılları götürərək uzaqlaşıblar. Oğurladıqları qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol