Qaçqınların fermasında yanğın - FOTOLAR

Dünən 15:30 radələrində Hacıqabul rayonunun Meynaman dəhşətli yanğın hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, Cəbrayıl rayonundan olan məcburi köçkün Fətulayev Sadiq Sabir oğluna məxus iribuynuzlu heyvanlarını saxladığı tövlə içərisindəki heyvanlar qarışıq külə dönüb.
Yüz kvadratmetr olan tövlənin dam örtüyündən başlanan alov qısa müddətdə bütün tövləni bürüyüb. Hadisə yerinə gələn Hacıqabul rayonun Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası yanğının qarşısını ala bilməyib. Tövlədə olan 4 baş heyvan və xeyli sayda toyuq cücə yanaraq külə dönüb. Zərərçəkmiş şəxs AzNews.az-a bildirib ki, Hacıqabul rayonun İcra Hakimiyyəti məsələdən xəbərdar olsalar da, onlara heç bir köməklik göstərilməyib: “Mən və ailəm məcburi köçkün olduğumuz üçün Hacıqabul rayonunun Meynaman kənd orta məktəbində məskunlaşmışıq. Ailəm dörd nəfərdən ibarətdir və iki övladım var. Ailəmi dolandırmaq üçün məktəbin həyətində tövlə tikib və burada iribuynuzlu heyvanlarını saxlayırdıq. Tövləmiz yüksək gərginli elektrik xəttinin altında yerləşirdi. Dünən də elektrik naqilinin qırılıb tövlə üzərinə düşməsi nəticəsində yanğın baş verdi. Heç nə çıxarda bilmədik və həyat yoldaşımın da ayaqları yanıb. Təssüflər olsun ki, indiyənədək bizə heç bir köməklik göstərilməyib. Biz məcburi köçkün olduğumuz gündən bu məktəbdə yaşayırıq. Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsindən bizə bu ilin sentyabr ayında rayonda ev veriləcəyi bildirilib. Amma hələki o vaxta xeyli müddət qalıb. Ailəmi dolandırmaq üçün saxladığım iri buynuzlu heyvanlar yanaraq kül olub. Ailəm isə hazırda ayaqları yanıb və ona heç bir tibb yardım olunmayıb”. Məcburi köçkün müvaffiq qurumlara müraciət edərək, ona və ailəsinə yardımçı olmağa çağırıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























