• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli benzinin keyfiyyətindəki nöqsan rəsmən ETİRAF OLUNDU

Yerli benzinin keyfiyyətindəki nöqsan rəsmən ETİRAF OLUNDU
17.02.2021 12:54
"Yanacağın qiymətinə və keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2020-ci ilin sonuna olan rəqəmlərə görə, 36 yanacaqdoldurma məntəqəsi üzrə yoxlamalar aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub. Vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli "2020-ci ilin yekunları” adlı onlayn konfransda Modern.az saytının Ai-92 markalı benzinin keyfiyyətilə bağlı şikayətlərə dair sualını cavablandırarkən deyib.

Xidmət rəsmisi qeyd edib ki, istehlakçıların dediklərində həqiqət var:

"Çünki yanacağın keyfiyyətində problemlər var. Yanacağın keyfiyyətilə əlaqədar standart hazırlanıb. Standartlaşdırma İnstitutu tərəfindən yanacağın istehsalından başlayıb vətəndaşa çatanadək standartlar müəyyənləşib. Həmin standartlar razılaşma mərhələsindədir. Ümid edirik ki, həmin standartlar tətbiq edildikdə, qeyd edilən problemlər aradan qalxacaq”.

Azərbaycanda Ai-92 markalı benzinin satış qiyməti Tarif Şurasının 20121-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır. Həmin qərarla Ai-92 markalı benzinin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bahalaşmadan sonra Ai-92 markalı benzinin keyfiyyətinin yaxşılaşacağı gözlənilirdi. Amma bu, baş vermədi...  Sürücülər son vaxtlar Ai-92 markalı benzinin keyfiyyətinin daha da pisləşdiyini bildirirlər. Halbuki, məntiqlə qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol