• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi azad olunmuş ərazilərdə işə qəbul elan edir

Müdafiə Nazirliyi azad olunmuş ərazilərdə işə qəbul elan edir
17.02.2021 13:15
Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.

"Qafqazinfo” xəbər verir ki, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.

Namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə müraciət edə bilərlər.

Müraciət edənlərin nəzərinə :Vakant hərbi və mülki vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.

Qeyd: Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09.00-dan 17.00-dək müraciət edə bilərlər. Məhkumluğu olan və xidmətə uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur.

Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi 2A.
Əlaqə nömrələri: (012) 406-87-41; (051) 567-47-00.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol