897 şagird buraxılış imtahanlarından azad edildi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)bu il Azərbaycanda buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayını açıqlayıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, 2013/2014-cü tədris ilində 897 şagird buraxılış imtahanından azad olunub.
Onlar Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında müəyyən xəstəliklərə əsasən buraxılış imtahanlarında iştirak etməkdən azad ediliblər.
Buraxılış imtahanlarından azad edilən şagirdlərin 50%-ə yaxını paytaxt məktəblilərinin payına düşür. Belə ki, buraxılış imtahanından azad olunan 897 şagirdin 483-ü Bakı şəhərinin, 23-ü Abşeron rayonunun, qalanları isə ölkənin digər şəhər və rayonların payına düşür.
Buraxılış imtahanlarından azad olunan şagirdlər üçün əlavə imtahan keçirilməyəcək və onların yekun qiymətləri illik qiymətləri əsasında çıxarılacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























