Qubada polis iaşə obyektlərinin sahiblərindən pul toplayıb? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı paylaşımlar edilib.
Paylaşımlar sosial şəbəkədə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, cari ilin fevral ayı ərzində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər həyata keçirilib:
"Həyata keçirilən tədbirlər nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozaraq fəaliyyət göstərən ümumilikdə beş fakt aşkarlanıb. Həmin obyektlərin sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq hər biri 3000 manat və qeyd olunan 34 müştərinin də hər biri 200 manat miqdarına inzibati qaydada cərimə olunublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























