• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir keçid uçdu

Bakıda daha bir keçid uçdu
05.06.2014 16:04
Su İdman Sarayının tikinti ərazisində qəza baş verdi; Cənubi Koreya şirkəti məcbur olub, tikilən keçidi uçurdu 
Bakının Bayıl qəsəbəsində Su İdman Sarayının yaxınlığında tikilən piyada keçidi uçub. 
“Yeni Müsavat”ın məlumatına görə, dənizə yaxın ərazidə qurunt suları piyada keçidinin çökməsinə səbəb olub. Tikilən yeni keçidin bir hissəsi uçub. Tikinti işlərini həyata keçirən Cənubi Koreya şirkəti piyada keçidinin tamamilə uçurulmasına qərar verib. 
İyunun 5-də keçid ağır texnikanın köməyi ilə tamamilə uçurulub. Ərazini qurunt suları basıb. Hazırda tikinti işlərinə mane olan qurunt sularının çəkilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, uçan keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metr olub.
Məlumat üçün bildirək ki, Su İdman Sarayının tikintisi ilə bağlı bu ərazidəki yol genişləndirilir. Burada eyni zamanda yeni yol bağlantılarının və bir neçə piyada keçidinin tikintisi aparılır. 
Ümumilikdə həmin ərazidə 5 yol bağlantısının inşası həyata keçirilir. Onların nluğu 5711 metr təşkil edəcək. Bağlantılardan biri 3 zolaqlı, biri 6 zolaqlı, qalan üçü isə 4 zolaqlı olacaq. 
Yeni yaradılacaq bağlantılardan 3-nün vasitəsilə Su İdman Sarayına giriş və çıxış mümkün olacaq. Su İdman Sarayı 2015-ci ildə Avropa ölkələri arasında ilk dəfə Bakıda təşkil olunacaq yay oyunlarına görə tikilir. Onun layihələndirilməsini və tikintisini Cənubi Koreyanın “Securo CO.LTD” şirkəti həyata keçirir
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol