• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının rəhbəri ilə görüşüb - FOTO

Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının rəhbəri ilə görüşüb - FOTO
17.02.2021 16:58
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmirlə görüşüb.

Akademiyadan verilən məlumata görə, Kamran Əliyev və rəhbərlik etdiyi heyətin Türkiyə Ədliyyə Akademiyasına səfəri çərçivəsində təşkil olunan görüşdə "iki dövlət, tək millət” şüarı ilə ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Türkiyə Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmir rəhbərlik etdiyi qurumun xüsusən Türk dünyası və qardaş ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirdiyini və təxminən 94 ölkə ilə əməkdaşlıqlarının mövcud olduğunu bildirib.

M.Özdəmir hər bir ölkənin çox dəyərli olduğunu, lakin Azərbaycan nümayəndələrini akademiyada qonaq etməkdən böyük qürur hissi keçirdiklərini vurğulayıb:
"Azərbaycanın Ədliyyə sisteminə verə biləcəyimiz töhfələri müzakirə edərək qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyik. Türkiyə Ədliyyə Akademiyası olaraq biz Azərbaycanın hüquq sistemini daha irəli aparmaq üçün əməkdaşlığa hazırıq. İstənilən dəstəyi verə bilərik”.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev də özünü vətənindəki kimi hiss etdiyini və qardaş Türkiyə torpağında olmaqdan böyük sevinc hiss keçirdiyini qeyd edib.

Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözlərinə xatırladan Kamran Əliyev bu sözlərin mənasının 44 günlük Vətən müharibəsində bir daha anlaşıldığını vurğulayıb:

"Türkiyə bizə daim dəstək oldu, qardaş olduğumuzu, dost olduğumuzu göstərdi. Biz bunu heç zaman unutmarıq. Türkiyə Ədliyyə Akademiyası ilə Azərbaycanın məhkəmə sisteminə töhfələri ilə bağlı görüşərək əməkdaşlığımızı inkişaf etdirməyi planlaşdırırıq. Türkiyə Respublikasına bizi ölkənizdə qonaq etdiyiniz və daim bizə dəstək olduğunuz üçün təşəkkür etməyi borc bilirik”.

İclasda həmçinin Türkiyənin Baş Prokuroru Bəkir Şahin, Baş prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri də iştirak edib.








www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol