Azərbaycan əhalisinin sayı 52 mindən çox artıb

Ötən il ərzində Azərbaycan əhalisinin sayı 52 025 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10119133 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Anews.az-a verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi QubaXaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























