BMT STM-lə birgə layihə icra etdi

BMT-nin Əhali Fondunun həyata keçirdiyi "COVID-19 pandemiyasının Azərbaycanda qadın və kişilərin həyatına təsiri” mövzusunda Sürətli Gender Qiymətləndirməsinin nəticələrinin təqdimatına dair virtual konfransın növbəti görüşü keçirilib.
Anews.az xəbər verir ki, dekabrın 8-də baş tutan ilk görüşdə BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyinin rəhbəri Fərid Babayev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin ofisinin rəhbəri Tarek Çeniti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Blerta Cela, Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri Zahid Oruc, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə pandemiyanın fəsadlarının gender prizmasından dəyərləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu fəsadların aradan qaldırılması istiqamətində müvafiq cavab və bərpa tədbirlərinin gender cəhətdən həssaslığına xüsusi diqqət yetirilməsinin vacibliyi qeyd olunub.
Növbəti dəfə, BMT- nin İnsan Hüquqları üzrə Ali Komissarlığı BMT-nin Əhali Fondu ilə birgə COVID-19 kontekstində qadın hüquqları və Azərbaycanda pandemiyanın qadın və kişilərin həyatına təsirinə dair onlayn seminar keçirib.
Azərbaycanda Sürətli Gender Qiymətləndirməsinin nəticələrinə həsr olunan seminarda qadın hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və hüquqşünaslar iştirak ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























