• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin göstərişi ilə Goranboy sakininin evi yenidən tikilir

Prezidentin göstərişi ilə Goranboy sakininin evi yenidən tikilir
18.02.2021 11:15
Goranboy rayonunun cəbhəyanı ərazilərdə yerləşən kəndlərində vətəndaşların şəxsi əmlaklarına və evlərinə  atılan mərmi partlayışları nəticəsində  dəymiş ziyanları müəyyənləşdirilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınması üçün  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə, Nazirlər Kabinetinin Qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi və rayon İcra Hakimiyyətinin iştirakı ilə müvafiq Komissiya yaradılıb.

İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Komissiya Goranboy rayonunun cəbhəyanı ərazilərdə yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, Qızlhacılı,Tap Qaraqoyunlu və Tap yaşayış məntəqələrindəki vətəndaşların şəxsi əmlaklarına və evlərinə  atılan mərmi partlayışları nəticəsində  dəymiş ziyanları müəyyənləşdirilib.

Komissiya tərəfindən yerlərdə Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş, bundan 371 nəfərə ziyan dəyməsi müəyyən edilərək  aktlar  tərtib edilmişdir. Həmin aktlar əsasında sözü gedən Komisssiya tərəfindən qiymətləndirmə aparılmış, Kapital bankın Goranboy rayon filialında həmin şəxslərin hesab nömrələri açılmış, müvafiq kartlar verilmiş və həmin kartlara Komissiyyanın müəyyən etdiyi məbləğdə pul köçürmələri təmin edilib. O cümlədən ciddi ziyan dəymiş 5 fərdi yaşayış evinin yenidən tikintisinin aparılması nəzərdə tutulub.

Bu məqsədlə, Zeyvə kənd sakini Qədimov Hikmət Cəlal oğlunun fərdi yaşayış evinin tikinti işlərinə başlanılıb. Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənov digər məsul vəzifəli şəxslərlə birgə Zeyvə kəndində aparılan tikinti işləri ilə yerində tanış oldu.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol