• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda güclü sürüşmə: yol bağlandı

İsmayıllıda güclü sürüşmə: yol bağlandı
05.06.2014 14:53
 İsmayıllı rayonunda güclü sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, mayın 28-də və 29-da İsmayıllı rayonun Zərnava kəndinə yağan leysan yağışlar və dolu nəticəsində kəndin giriş yolunda sürüşmə qeydə alınıb. Sürüşmənin eni 350-400, uzunluğu 500 metr olub. Sürüşmə nəticəsində kəndə giriş  yolu 8-10 metr qırılaraq aşağı düşüb. Sürüşmə nəticəsində kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günə kimi həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur. Dünən ETSN-in mütəxəssisləri tərəfindən yerində araşdırma aparılıb: “Dünən sürüşmə ərazisindən hətta piyadanın keçidi mümkün olmayıb. Sürüşmə sahəsi hazırda çox aktiv vəziyyətdədir. Belə ki, sürüşmə nəticəsində yolun altındakı yeraltı sular gölməçələr yaradıb. Bu da sürüşmə sahəsini anbaan aktivləşdirir”. S. Əmiraslanov qeyd edib ki, sürüşmənin kənddəki fərdi tikililərə hər hansı təsiri yoxdur. Onun sözlərinə görə, hazırda sürüşmə sahəsinə hər hansı müdaxilə mümkün deyil: “Sadəcə, kənd ərazisinə daxil olmaq üçün alternativ yolları nəzərdən keçirmək lazımdır. Çünki kəndə girmək üçün alternativ yol olmalıdır”. Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ərazisi aktivdir və hər an genişlənir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol