• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbəyə "şam tutansan" deyən direktor: "O sözün mənasını indi öyrənirəm"

Tələbəyə "şam tutansan" deyən direktor: "O sözün mənasını indi öyrənirəm"
19.02.2021 13:10
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Bununla bağlı Report-a açıqlama verən N.Qaralova indiyədək heç kimi təhqir etmədiyini bildirib:

"Mən heç bir tələbəni təhqir etməmişəm və indiyə qədər heç bir kəsin ünvanına artıq ifadə işlətməmişəm. Çünki buna mənim tərbiyəm yol vermir. Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm. Ona görə də sinif nümayəndəsinə ehtiyac olmadığını, tələbələrin üç nəfərdən ibarət olmaqla imtahana girmələrini, burada hansısa şahidə və etibarlı şəxsə ehtiyac olmadığını bildirmişəm. Çünki burada müəllim, assistent, tədris şöbəsinin müdiri var. Ona görə də əlavə şəxsə ehtiyac yoxdur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol