• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil nazirinin müavini LDU-da olub - FOTO

Təhsil nazirinin müavini LDU-da olub - FOTO
19.02.2021 14:43
 Azərbaycan Respublikasının Təhsil Nazirinin  müavini   İdris İsayev  və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov Lənkəran Dövlət Universitetində (LDU)  olublar.

 Universitetdə tədrisin təşkili  vəziyyəti ilə əyani tanışlıq məqsədi daşıyan səfər zamanı  qonaqlar  ilkin olaraq  I  saylı tədris korpusuna baş çəkiblər. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonaqları son illərdə universitetdə tədrisin əyani və  təcrübi istiqamətdə təşkili  sahəsində  görülən işlərlə ətraflı tanış edib. Universitetin Tədris-təcrübə sahəsi və burada  yeni yaradılmış şitillik təsərrüfatı qonaqlarda xoş təəssürat yaradıb. Qeyd edək ki, şitillik təsərrüfatında cənub bölgəsinə xas nadir bitki növləri, həmişəyaşıl ağac və kollar, çiçəklər yetişdirilir, eyni zamanda,   tərəvəz bitkilərinin  əkini  üçün istixana  qurulub.

 Təhsil nazirliyinin təmsilçiləri   müasir, xaricdən alınmış modern tipli avadanlıqlarla təmin olunmuş   Baytarlıq cərrahiyəsi, Umumi baytarlıq, Qida Təhlukəsizliyi və ekologiyası, Qida məhsullarının texnologiyası laboratoriyalarına baş çəkərək burada işin təşkili proseslərini nəzərdən keçiriblər. 

  Turizm işinin təşkili və Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını  təmin etmək məqsədi ilə yaradılmış Turizm tədris mərkəzi - Seside Otellə tanışlıq  qonaqların ürəyincə olub. Xatırladaq ki, Turizm tədris bazası ölkənin ali məktəbləri içərisində ilkin olaraq LDU-da yaradılıb və  universitet tələbələrinin təcrübi bazası rolunu oynayır.

   Qonaqlara həmçinin  universitetin III saylı tədris korpusunda  yerləşən  biologiya,  kimya, fizika  tədris laboratoriyaları, "Samsung”  şirkətinin və "Nargiz”  fondunun birgə təşkil etdikləri  virtual  və  "USAİD” kompüter  laboratoriyaları ilə əyani  tanışlıq imkanı yaradılıb.Nazirlik rəsmiləri  universitetin müasir tipli tələbə yataqxanasına da baş çəkərək burada tələbələrə yaradılan şəraitlə yerində  tanış olublar.

LDU ilə əyani  tanışlıqdan sonra nazirlik rəsmiləri universitetdə tədrisin təşkili ilə bağlı hazırkı durumdan razılıqlarını ifadə ediblər, həmçinin, bir sıra tövsiyə və tapşırıqlarını    universitet rəhbərliyinə çatdırıblar.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol