• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşları hazırda hansı ölkələrə səfər edə bilirlər?

Azərbaycan vətəndaşları hazırda hansı ölkələrə səfər edə bilirlər?
20.02.2021 10:58
Azərbaycan vətəndaşlarının Türkiyəyə hazırkı vəziyyətdə etdiyi səfərlər daha çox müalicəvi və işgüzar məqsədlər daşıyır.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, pandemiya səbəbindən sərhədlər bağlandığı üçün 2020-ci ilin mart ayından iyul ayına qədər heç bir istiqamətə səfər etmək mümkün olmayıb:

"İlk uçuşlar məhz qardaş Türkiyəyə açıldı. Bu uçuşlar xüsusi reyslər olsa da, hər zaman olduğu kimi bizim vətəndaşlar üçün ən populyar istiqamət olaraq qalır”.

G.Qəhrəmanov qeyd edib ki, hazırda Bakıdan İstanbula, Ankaraya və İzmir şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir. Bu şəhərlərdən də Türkiyənin istənilən şəhərinə səfər etmək imkanı var. O, yay aylarında Antalya və Bodrum istiqamətlərinə də birbaşa uçuşların başlayacağına ümid etdiyini söyləyib:

"Bu aydan etibarən Rusiyaya Azərbaycan vətəndaşları səfər edə bilərlər. Bunun üçün COVİD-19 testinin neqativ olması kifayətdir, əlavə icazələrin alınmasına artıq ehtiyac yoxdur. Bir ilə yaxındır ki, vətəndaşlarımızın Rusiyaya səfər etməsi yalnız xüsusi icazələr və ya yaxın qohumluq əlaqələri nəticəsində mümkün olurdu. Bu aydan etibarən bu qadağalar aradan qaldırılıb. Bu istiqamətdə də canlanma müşahidə olunur”.

G.Qəhrəmanov hazırda Belarusun Minsk şəhərinə də uçuşların olduğunu nəzərə çatdırıb. Assosiasiya sədrinin sözlərinə görə, COVİD-19 testi neqativ çıxmış vətəndaşların Minsk şəhərinə səfər etmək imkanı var:

"Lakin qeyd etmək istəyirəm ki, COVİD-19 pandemiyası səbəbindən bir çox istiqamətlərə uçuşlar hələ də bağlı olaraq qalır və bu vəziyyət bir müddət davam edəcək. Bu da turizm sektorunun tam işə başlamasında çətinliklər yaradır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol