• $
  • €
  • ₽
  • ₺
  • £

5 rayonda 10-a yaxın mağazadan oğurluq edən dostlar saxlanıldı

5 rayonda 10-a yaxın mağazadan oğurluq edən dostlar saxlanıldı
20.02.2021 12:19
İsmayıllıda fevralın 15-i gecə saatlarında şəhərin Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazisində yerləşən ərzaq mağazalarından oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polislər tərəfindən hadisə yerlərinə baxış keçirilib, naməlum şəxslər tərəfindən mağazaların giriş qapıları sındırılaraq, oradan ümumi dəyəri 4500 manat olan siqaret, içkilər, telefon danışıq kartları, pul və digər əşyalar oğurlandığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 3 nəfər-Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakinləri-Emin Mustafayev və Taleh Bağırov Abşeron rayonu ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı onların respublikanın bir neçə rayonunda törətdikləri analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, dostların Göyçay, Kürdəmir, Ağsu, Qəbələ rayonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasına daxil olaraq oradan oğurluq etdikləri məlum olub. Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Digər mobil cihazların isə telefon aksesuarları mağazasında satıcı işləyən Emin Mustafayev tərəfindən satıldığı, əldə etdikləri pulu isə öz aralarında bölüşdürdükləri aşkar olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, şübhəli şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol