“28 may“ metro stansiyasının girişi nə vaxt istifadəyə veriləcək?

Bir ildən çoxdur ki, təmirə bağlanan "28" may metro stansiyasının çıxışı bu ilin sentyabrında sərnişinlərin istifadəsinə verilsə də, metrostansiyanın girişi, hələ ki, sərnişinlərin üzünə bağlıdır. Bu isə yeraltı nəqliyyat istifadəçiləri arasında müəyyən narazılığa səbəb olur.
Sərnişinlər bildirirlər ki, isti yay günlərində Cəfər Cabbarlı keçidindən uzun yol qət edərək metroya daxil olmaq, həm artıq vaxt itkisinə, həm də narahatlığa səbəb olur.
Məsələ ilə bağlı Aktual.az-a açıqlamasında Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, əsas girişin açılması müəyyən texniki problemlərin aradan qaldırılmasından sonra baş tutacaq:
"Dəqiq tarixi biz özümüz də bilmirik. Ona görə də, konkret bir söz deyə bilmərəm. Amma onu bilirəm ki, stansiyada bəzi problemlər var. O problemlər aradan qalxan kimi metrostansiyanın girişi istifadəçilərə təhvil veriləcək".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























