Xose Bernardonu öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Bakı Apellyasiya Məhkəməsində teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovu bıçaqlamaqda təqsirli bilinən Abutalıb Hüseynovun şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, A.Hüseynov bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. İttihama görə, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























