Komitə gənc qızın özünə qəsd etməsi ilə bağlı MƏLUMAT YAYDI

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.
Anews.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunub.
Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən "860" QAYNAR XƏTTƏ müraciət etmələrini xahiş edir", - deyə məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























