Göyçayda avtomobil aşdı, 6 nəfər yaralandı

Göyçayda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Anews.az AzərTAC-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 200 kilometrliyində, rayonun Qarayazı kənd ərazində qeydə alınıb. Göyçay rayon Bəydövül kənd sakini idarə etdiyi minik maşını ilə Göyçaydan Qarəməryam istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarında olan su kanalına aşıb. Qəza nəticəsində yararsız hala düşmüş maşında sürücü ilə bərabər 6 nəfər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım avtomobili ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























