Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA

Kəlbəcərə hələ ki Gəncə-Göygöl-Toğana kəndindən keçən yolla getmək mümkündür.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.
O deyib ki, tarixi Kəlbəcər yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirik:
"O yoldan hələ ki sülhməramlılarla birgə keçə bilirik. Lakin ölkə başçısı Azərbaycan xalqının rahat gediş-gəlişi üçün yeni yolun çəkilməsini tapşırıb.
"Ev yolu” adlandırılan bu yol 3263 metr yüksəklikdə olan Ömər zirvəsindən keçəcək. Yol birinci texniki dərəcəyə uyğun və 4 zolaqlı olacaq. Bu yol üzərində hazırlanan layihə artıq hazırdır. Ölkə başçısına təqdim olunacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























