“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini məhv edib

Türkiyənin ilk yerli və milli döyüş PUA-sı "TB2 Bayraktar” 300 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni bir rekorda imza atıb.
Bu barədə döyüş PUA-larının istehsalçısı "Baykar” şirkəti məlumat yayıb.
Bildirilib ki, 2000-ci illərin əvvəllərindən bəri pilotsuz uçuş aparatları sahəsində ən böyük əlavə dəyər hesab olunan proqram və təchizat sistemlərini türk mühəndislərindən ibarət heyətlə inkişaf etdirən "Baykar” 13 fərqli sahə üzrə mühəndislik gücü ilə dünyanın qabaqcıl texnoloji şirkətlərindən biri hesab olunur.
Bütün kritik komponentləri, dizaynları və proqramları "Baykar” tərəfindən müstəqil şəkildə inkişaf etdirilən "Bayraktar” dünyada rekord sayılacaq səviyyədə - 93%-lik yerli sənaye iştirakı ilə istehsal edilir.
Qarabağın azad edilməsində mühüm rol oynayıb.
Vətən müharibəsi zamanı "Baykar” tərəfindən istehsal edilən "Bayraktar TB2” PUA-ları Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu istifadə edilib. Müdafiə analitiklərinin təsdiqlədiyi araşdırmalara görə, "Bayraktar TB2” PUA-ları Ermənistana məxsus HHM və radar sistemləri, tanklar, zirehli texnika, yük maşınları, artilleriya və istehkam qurğularını məhv edib. Dünyanı təəccübləndirən Azərbaycan Ordusunun bu müvəffəqiyyəti ilə dünya mediası və müdafiə mütəxəssisləri Türk PUA-larının müharibə tarixini dəyişdirərək oyun qurucu bir gücə nail olduğunu təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























