Bakıda qarlı havaya hazırlıq: Qərargah yaradıldı

"Respublika ərazisində gözlənən hava şəraiti ilə əlaqədar Bakı şəhər və paytaxtın rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov bildirib.
Onun sözlərinə görə, şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb:
"Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























