• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ov mövsümü açıq elan olundu

Azərbaycanda ov mövsümü açıq elan olundu
05.06.2014 11:33
Azərbaycan ərazisində 2014-2015-ci illər üçün ov mövsümü mayın 31-dən etibarən açıq elan edilib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublika ərazisində 2014-2015-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları müəyyən olunub. Belə ki təkə 31 may - 18 oktyabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), Qaban (çöl donuzu) 20 sentyabr - 20 dekabr, 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara), dovşan 15 noyabr 2014-cü il - 9 yanvar 2015-ci il tarixlərində, 2 baş (adambaşına), bataqlıq qunduzu (nutriya) 11 oktyabr 2014-cü il - 21 fevral 2015-ci il tarixlərində (nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün), çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir. Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı, təkə - Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz, dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı regionlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir. Birdəfəlik ov icazəsinin qiyməti isə dovşan 2 manat 20 qəpik, çaqqal 3 manat 96 qəpik, yenot və qunduz 1 manat 65 qəpik, təkə 24 manat 75 qəpik, qaban (çöl donuzu) 16 manat 50 qəpik kimi müəyyən edilib. Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol