Prezidentin 1 milyon manat ayırdığı film 8 ildir çəkilməyib

Prezidentin 2013-cü ilin dekabrında "Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında imzalandığı sərəncam hələ də icra olunmayıb.
Anews.az xəbər verir ki, sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə ayrılan 1,0 (bir) milyon manatın da aqibəti bəlli deyil.
Sözügedən sərəncam imzalandığı ərəfədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar mətbuata verdiyi açıqlama zamanı "Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında təşəbbüsün ona məxsus olduğunu bildirmiş və filmin ssenarisini özünün yazacağını qeyd etmişdi.
Anar Yeniavaz.com-a verdiyi açıqlamada bir neçə il öncə ssenarini Mədəniyyət Nazirliyinə təhvil verdiyini bildirib:
"Yazıldı və Mədəniyyət Nazirliyinə təhvil verildi. Özü də təzlikcə verilməyib, təxminən 5-6 il bundan əvvəl verilib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























