• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna XİN-in müavini Bakıya gəlib

Ukrayna XİN-in müavini Bakıya gəlib
23.02.2021 17:28
Ukrayna xarici işlər nazirinin müavini Vasil Bodnar Azərbaycana səfərə gəlib.

Anews.az həmin ölkənin səfirliyinə istinadən xəbər verir ki, qonaq Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.

Məqsədli sosial-iqtisadi layihələrin, habelə qonşu region və ayrı-ayrı qabaqcıl ölkələrlə sinerjinin həyata keçirilməsi üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətindəki perspektivli istiqamətlər, Aİ və BMT-dəki əməkdaşlıq məsələləri müzakirə olunub.

Ukraynanın QDİƏT-də Azərbaycan və digər tərəfdaş ölkələrlə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradacağı qeyd olunub.

Tərəflərin fikrincə, birgə səylərlə regionun bütün ölkələrində işgüzar dairələrin tələbatını ödəmək üçün özəl - dövlət tərəfdaşlıq proqramlarının həyata keçirilməsi yolu ilə QDİƏT-nin fəaliyyətinin keyfiyyəti artırılmalıdır. O cümlədən QDİƏT-nin İşgüzar Şurasının fəaliyyətinin yenidən qurulması, startapların işə salınması, yükdaşımaların təkmilləşdirilməsi, "elektron icazə” layihəsinin həyata keçirilməsi, rəqəmsal dövlət xidmətlərinin eyni vaxtda aparılması və BLOCKCHAIN texnologiyalarının tətbiqi ilə gömrük və sərhədyanı prosedurlarının uzlaşdırılması əhəmiyyətlidir. Həmçinin işgüzar təkliflərin həyata keçirilməsi, işgüzar onlayn görüşlərin və biznes forumlarının keçirilməsi məqsədilə elektron bazanın yaradılması üçün QDİƏT-nin fəaliyyətini gücləndirmək vacibdir.

Görüş zamanı həmçinin GUAM çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu vurğulanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol