“Maaş vermədən işdən çıxarırlar”

"FHN-nin Modul Tipli Xəstəxanası açılandan müqavilə ilə burada çalışırıq. Dekabr ayından bəri maaş ala bilmirik. Bizi işə götürəndə bağlanan müqavilənin şərtlərinə indiyə kimi əməl olunmayıb, maaşlarımızdan hər ay qeyri-rəsmi olaraq 60 manat tutulub”.
"Qafqazinfo” xəbər verir ki, bu iddia ilə Meydan TV-yə FHN-nin Modul Tipli Xəstəxanasına koronavirusla əlaqədar xidməti müqavilə ilə işə cəlb olunan bir qrup əməkdaşı müraciət edib.
Xəstəxanada porter vəzifəsində çalışan Orxan Bağırovun sözlərinə görə, indiyə qədər heç bir əlavə ödəniş almayıb:
İstirahət günləri müqavilədə öz əksini tapsa da, heç birinə əməl olunmur. Biz burada canımızı qoymuşuq. Rəhbərlik bizə heç bir məlumat vermir. Xüsusi riskli işdə işləsək də, tibbi sığortamız olmayıb.
İşçiləri əsassız şəkildə, maaş vermədən işdən çıxarırlar. Heç bir əsas gətirilmir. Bizi dinləyən yoxdur. Aylıq 1102 manat almalı idik, lakin 1000 manat alırdıq. 102 manat – 60 manat DSMF-yə və 60 manat qeyri-rəsmi olaraq əməkhaqqımızdan çıxılırdı”.
"Ayda bir dəfə öz hesabıma icazə almışam, istirahətsiz işləmişəm. Müqavilədə göstəriləndən artıq çalışmışam. Yanvarın 6-dan etibarən pandemiya zəiflədiyinə görə bizi öz hesabımıza bir aylıq məzuniyyətə göndəriblər. Deyiblər ki, şikayət etsəniz, geri çağırılmayacaqsınız. Şikayət etdiyimə görə mənə xəbər göndəriblər ki, əşyaları təhvil verim”.
İşçilər qeyd ediblər ki, Xidmət dəstəyi qrupunun rəhbəri Rüfət Vəliyev işçilərə bildirib ki, müqaviləni bir halda saxlamaq olar ki, maaşların 50 faizi ona verilsin.
"Büdcə məsələləri müzakirə olunub. Yaxın zamanda büdcə açılacaq və müqavilə imzalamış bütün əməkdaşların əməkhaqları ödənəcək. Büdcənin açılması qısa zamanda öz həllini tapacaq”.
G.Mehdiyevanın sözlərinə görə, xəstəxanada müqavilədən kənar fəaliyyət göstərilməyib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























