• $
  • €
  • ₽
  • ₺
  • £

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
24.02.2021 12:32
Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə Anews.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilib.

"Bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırırıq.

Yolların buz bağlaması

Yolların buz bağlaması – torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır.

Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;

ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin", - mətbuat xidmətindən bildirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol