• $
  • €
  • ₽
  • ₺
  • £

FHN: Yaxın günlərdə hospitalın bütün əməkdaşları əməkhaqqlarını alacaqlar

FHN: Yaxın günlərdə hospitalın bütün əməkdaşları əməkhaqqlarını alacaqlar
24.02.2021 12:42
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının qısa müddətdə inşa edilərək istismara verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu virusla mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olub.

Bu barədə Anews.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Zığ qəsəbəsində yerləşən bu Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rola malikdir.

Təəssüflə qeyd edək ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır. Belə ki, vaxtilə hospitalda çalışmış və müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar. Əsasən də bu ilin yanvar ayı üzrə əməkhaqlarının gecikdirilməsini əsas gətirən bəzi əməkdaşlar bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər.

Bununla bağlı bildirirk ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalında 2500 nəfərdən çox tibb və qeyri-tibb personalı müqavilə əsasında fəaliyyət göstərib. Bu müddət ərzində işçi heyəti üçün bütün zəruri və lazımi şərait yaradılıb, onların qanunvericiliyə uyğun olaraq əmək müqaviləsində göstərilmiş tələbləri təmin olunub.

Hospitalda yanvar ayı üzrə əməkhaqlarının gecikməsi ilə bağlı vurğulayaq ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bir qədər vaxt itkisinə səbəb olub.

Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əməkhaqqlarını alacaqlar.

Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında bu virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub. Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub. Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığortaya cəlb olunublar.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək daxil olan məlumatları yaymazdan əvvəl Nazirliklə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol