• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda deputata məxsus şirkətin 9,5 milyon manat borcu üzə çıxdı

Azərbaycanda deputata məxsus şirkətin 9,5 milyon manat borcu üzə çıxdı
24.02.2021 14:48
İqtisadiyyat  Nazirliyi yanında Dövlət Vergi Xidməti "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı  məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəməz iclası bu günə - 24.02.2021-ci il tarixinə təyin olunub. İclasa  Bakı Kommersiya Məhkəməsinin hakim Zeynəb Axundova sədrlik edəcək.

Məlumat üçün bildirək ki, "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi Məmmədov Ramiz Fərman oğludur. 

Qeyd edək ki, "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunub. 2019-cu ildə mətbuata verdiyi açıqlmada İqbal Məmmədov bildirib ki, o 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 

Hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 474 min 766 manat 43 qəpik vergi borcu olan "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsini təsis edən millət vəkili İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.

Onu da qeyd edək ki, ötən ay İqbal Məmmədovun rəhbərlik etdiyi "Azqazservis” MMC-nin ləğv olunması barədə MƏLUMAT vermişdik.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol