“Zapravka”nı partladacağı ilə hədələyib pul tələb etdi

Gəncə şəhərində naməlum şəxs yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyərək işçidən 300 manat tələb edib.
Səhər saat 5 radələrində naməlum şəxs şəhərdə yerləşən "Samux Petrol” yanacaqdoldurma məntəqəsinə gələrək orada işləyən Həsən Bağırovu bıçaqla hədələyib və özü ilə gətirdiyi benzini yerə tökərək yanğın törətməklə "zapravka”nı partladacağını deyib. Və işçidən üzərində olan pulu tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmin adamın şəxsiyyətinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün istintaq davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























