• $
  • €
  • ₽
  • ₺
  • £

Brilliant Dadaşovadan erməni iddiasına sərt cavab

Brilliant Dadaşovadan erməni iddiasına sərt cavab
05.06.2014 10:14
Mediada xalq artisti Brilliant Dadaşovanın Amerikanın Nyu York şəhərində ermənilər tərəfindən “Big Apple Music Awards” mükafatı ilə təltif olunması və 30 min dollar dəyərində pul və son model “Mercedes” markalı avtomobil alması barədə məlumatlara cavab özünü gözlətmədi. 
ANS PRESS-in məlumatına görə, ifaçının köməkçisi bildirib ki, gün ərzində müxtəlif media nümayəndələrinə anonim zənglər edən və maillər göndərən adamlar peyda olub. Bundan sonra xalq artisti yayılan məlumatlara prodüseri vasitəsilə aydınlıq gətirib. O qeyd edib ki, Brilliant Dadaşovaya “Mercedes” markalı avtomobil bağışlanması xəbəri bir çoxlarını musiqimizin uğuruna sevindirsə də, bəzilərini narahat edib:
"Həmin insanlar gah xalq artistinə avtomobil bağışlanmadığını, gah da müğənninin ermənilər tərəfindən mükafatlandırıldığını iddia ediblər. Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə milliyyəti yəhudi olan Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı, dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək”.
Brilliant xanım Nyu Yorkun “Master Theatre” zalında keçirilən mükafatlandırma mərasimində Azərbaycan bayrağını dalğalandıraraq elə ermənilərin dəfələrlə oğurladığı "Vokaliz" mahnısını ifa edib:
"Əgər məsələ hallandırıldığı kimi olsaydı, elə öz müğənnilərini gətirib oxudardılar və bununla da Brilliant Dadaşovanın timsalında Azərbaycan musiqisinin təkrarolunmazlığını sübut eləməzdilər. Yazıya məhz həmin mükafatlandırma mərasimindən Azərbaycan bayrağı ilə fotoları əlavə edirik ki, bizim lehimizə olan məsələni əleyhimizə istifadə edənlər utansınlar. Tək bu fotolar bəsdir ki, Brilliant sənətinin nə olduğunu və hansı missiyaya xidmət etdiyini gözü kor olanlar anlasınlar". 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol