Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv etdi

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.
Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.
"Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur”,- deyə Bayden qeyd edib.
Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.
O həmçinin, qərar səbəbindən "Green Card” qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























